Prezident İlham Əliyev Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - VİDEO - FOTO

29 İyul 2020 14:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Milli.Az