İyulun 31-dən avqustun 3-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq

29 İyul 2020 17:11

Qurban bayramı ilə əlaqədar iyulun 31-dən avqustun 3-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən Milli.Az-a bildirilib ki, avqustun 4-dən etibarən vətəndaşlar Əmlak Xidmətləri Məkanına müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Milli.Az