Vilayət Eyvazovdan yeni TƏYİNAT

29 İyul 2020 11:20

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Nəsimi Cəfərov Daşkəsən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.

O, buna qədər həmin şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Milli.Az