Koronavirusun daha bir əlaməti üzə çıxdı

28 İyul 2020 23:05

650 minə yaxın insanın ölümünə səbəb olan koronavirusun daha bir nadir əlaməti aşkar edildi.

Milli.Az med.az-a istinadən bildirir ki, bunu Melburndakı Kral xəstəxanasının tibb bacısı Emili Morris əlaməti öz üzərində müşahidə edib.

O xəstəxananın təcili tibbi yardım şöbəsində çalışır və müntəzəm olaraq COVİD-19 xəstələri ilə kontaktda olur. Bir müddət öncə o ətraflarında yorğunluq əlamətləri hiss edib. Əvvəlcə bunun işin çoxluğu, ayaq üstə çox zaman keçirməsi ilə bağlı olduğunu düşünüb. Lakin tibb bacısının COVİD-19 testi pozitiv çıxıb.

Xatırladaq ki, bu zamana kimi koronavirusun 11 əlaməti aşkar edilib. Bunların arasında ən əsası qızdırma, öskürək, halsızlıq, əzələ ağrıları, ishal və s. var.

Milli.Az