Həbibin peşəkar karyerasında son rəqibi o döyüşçü olacaq - Dana Uayt açıqladı

29 İyul 2020 08:52

Dağıstanlı MMA çempionu Həbib Nurməhəmmədovun karyerasında son potensial rəqibi proqnozlaşdırılıb.

Milli.Az xəbər verir ki, "Ultimate Fighting Championship"in təşkilatçısı Dana Uayt avar döyüşçünün son rəqibinin kanadalı Corc Sent-Pier ola biləcəyini açıqlayıb.

"İndi Həbib Qatji ilə döyüş haqqında düşünür. 30-cu döyüşdə kimin rəqibi olacağını bilmirəm. Konor Makqreqorun həmişə bu mübarizəni arzuladığını bilirəm. Sent-Pier ilə vuruşmaq? Əlbəttə ki, bu, onun karyerasında son mübarizə ola bilər" - Uayt bildirib.

Qeyd edək ki, Nurməhəmmədovla Qatji arasında sentyabr ayında son döyüş keçirilməsi planlaşdırılırdı, ancaq çempionun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun koronavirus səbəbilə ölümündən sonra planlar dəyişdi. (publika.az)

Milli.Az