Koronavirusa görə bazarlardan testlər götürüləcək - Gürcüstanda

29 İyul 2020 07:41

Ölkə üzrə bütün bazarlarda PCR (koronavirus) testi keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyənin Milli Mərkəzinin rəhbəri Amira Qamqrelidze Koordinasiya Şurasının iclasından sonra məlumat verib.

Onun sözlərinə görə, Lilo bazarında artıq 5 nəfərda aşkarlanıb, buna görə də digər bütün bazarlarda PCR testi alınacaq:

"Bazarlara daha çox diqqət yetirilməlidir, çünkü oraya hər yerdən insanlar gəlir. Termoskrining, sosial məsafə və gigyena qaydaları bütün bazarlarda ciddiləşdirilib. Bazarlarda infeksiyanın yayılma ehtimalının artıq olduğuna görə, bütün növ bazarlarda PCR testləri aparılacaq". (publika.az)

Milli.Az