Apple Silicon prosessorlu ilk Mac modelinin qiyməti açıqlandı

30 İyul 2020 21:20

WWDC 2020 konfransında təqdim edilən Apple Silicon prosessorlu ilk Mac modelinin qiyməti açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, o, hazırda satışda olan digər modellərdən dəfələrlə ucuz ola bilər. Modelin ilkin qiymətinin 799 dollar olduğu bildirilib. Bu qiymətlə satışa çıxarılacaq ilk modelin isə 12 düymlük MacBook olacağı söylənilib.

Apple Silicon ilə istifadəçilərə təqdim olunacaq 13 düymlük MacBook isə 1099 dollara satılacaq.

Qeyd edək ki hazırda satışda olan Mac modellərindən ən ucuz satılanı MacBook Air-dir.

Milli.Az