TikTok bu dəfə həbs cəzası ilə gündəmə gəlib.
Milli.Az ted.az-a istinadən bildirir ki, Misirdə 5 qadın TikTok videoları çəkərkən ictimai əxlaq normalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 il müddətinə həbs cəzası alıb. Bununla yanaşı, onlar 300 min Misir lirəsi məbləğində təzminat ödəməli olacaqlar.
Təqsirləndirlilən TikTok fenomenləri sosial şəbəkədəki qazanclarını necə əldə etdikləri barədə də sorğu-sual olunublar.
Milli.Az