"Milan" Çalhanoğlu ilə bağlı qərarını verdi

28 İyul 2020 19:23

"Milan" Hakan Çalhanoğlunun müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan"ın türkiyəli yarımmüdafiəçiyə illik 3,5 milyon avro qazanacağı 4 illik müqavilə təklif edəcəyi bildirilir.

2017-ci ildən "Milan"da forma geyinən 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Hakan bu mövsüm A Seriyasında 33 oyunda 8 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

Milli.Az