Assosiasiya: Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər

28 İyul 2020 18:00

Azərbaycanda turizm şirkətləri müştərilərinə hələlik aviabilet sata bilmirlər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, "Türk Hava Yolları"nın turizm şirkətlərinə müraciətinə əsasən, turizm şirkətləri turistlərə biletləri yalnız avqust ayının 1-dən sonra sata bilərlər:

"Buna görə də hazırda turizm şirkətləri aviabiletlərin satışı sahəsində fəaliyyət göstərmirlər. Amma müştərilər özləri onlayn şəkildə bilet alaraq, sərbəst qaydada Türkiyəyə gedə bilərlər".

Milli.Az