"Siz də bizim Ajda Pekkanımızsınız, qocaldıqca gözəlləşirsiniz"

28 İyul 2020 17:22

Xalq artisti Məleykə Əsədova bu dəfə də sosial şəbəkədə paylaşdığı fotosu ilə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın yeni şəklini çox fotoşop edilməsi tənqid hədəfinə çevrilib.

İzləyicilər Əsədovanın fotoda özünü cavanlaşdırmasına izləyicilər "Fotoşop ağlayır", "Mən qocaldım, siz qocalmadınız", "Tanımadım sizi", "Siz də bizim Ajda Pekkanımızsınız, qocaldıqca gözəlləşirsiniz", "Effektdən başqa heç nə görünmür", "Fotoşopdan əl çəkin" kimi şərhlər yazılıb.

Milli.Az