İşğal altındakı ərazilərimizdə COVID-19-a yoluxanların sayı 217-yə çatıb

28 İyul 2020 17:27

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 2 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 217 nəfərə çatıb.

Virusa yoluxan 154 nəfər sağalıb.

Milli.Az