Adam "Liverpul"u “Brayton”a dəyişdi

28 İyul 2020 12:11

"Liverpul"dan yenicə ayrılan Adam Lallana karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Brayton"a keçib. Klubun rəsmi saytı onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2014-cü ildən "Liverpul"da çıxış edirdi.

Milli.Az