"Valensiya"nın yeni baş məşqçisi müəyyənləşdi

28 İyul 2020 11:11

La Liqa təmsilçisi "Valensiya"nın yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Xavi Qrasiya təyin edilib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Qrasiyanın son klubu "Watford" olub.

Milli.Az