Mingəçevir sakini mübahisə zamanı bıçaqlanıb

28 İyul 2020 08:18

Mingəçevirdə 38 yaşlı kişi bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında 16 saylı məktəbin yaxınlığında baş verib.

1982-ci il təvəllüdlü şəhər sakini İ.Musayev mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az