Bakıda qonşular arasında dava düşüb, xəsarət alanlar var

28 İyul 2020 08:08

Bakının Sabunçu rayonunda kişi qonşuluqda yaşayan üç qadını döyüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ə.Məmmədəliyev küçəsində baş verib.

Belə ki, azyaşlı uşaq qonşuluqda yaşayanların evinə daş atıb. Bu zaman evdə yaşayan qadınlar uşağın ünvanına qeyri-etik sözlər deyərək onu daşlayıblar. Bundan sonra həmin uşağın atası 1992-ci il təvəllüdlü Mahmudova Lalə Şahin qızı, 1983-cü il təvəllüdlü Mahmudova İlhamə Səxavət qızı, 1984-cü il təvəllüdlü Mahmudova Rəqsanə Məmmədbağır qızı və onun ərini döyüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az