“Neftçi” macarıstanlı futbolçunu transfer edə bilər

27 İyul 2020 19:46

Bu yay heyətinə 4 legioner qatan "Neftçi" daha bir əcnəbi futbolçunu transfer edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, klubun macarıstanlı futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, karyerasına Macarıstanın "Veşprem" klubunda başlayan Soma Novotnı 2012-ci ildə "Napoli"yə transfer olunub.

"Neftçi" klubundan hələlik transferlə bağlı rəsmi məlumat verilməyib.

Milli.Az