Moskvada kütləvi davada iştirak edən azərbaycanlı həbs edildi

27 İyul 2020 18:23

Moskvanın Kuzminsk Rayon Məhkəməsi paytaxtda baş verən kütləvi davalarda iştirak edən azərbaycanlı barəsində həbs qərarı çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə paytaxtda yerləşən kafedə ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davanın iştirakçısı olmuş Azərbaycan vətəndaşı Ceyhun Qiyasov barəsində sentyabrın 24-nə kimi həbs qətimkan tədbiri seçilməsi haqqında qərar verib.

Qeyd edək ki, buna kimi Moskva məhkəməsi kütləvi davalarda iştirak edən daha üç nəfər barədə həbs qərarı çıxarıb. Onlar barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Milli.Az