"Öyle bir geçer zaman ki": 54-cü seriya - VİDEO

21 Dekabr 2011 10:30
Cəmilə sözünə əməl edir və işdən qovulanların geri qayıtması baş tutmadıqda istefa ərizəsini təqdim edir. Lakin iclasdan sonra Kənana notariusdan gələn bir xəbər vəziyyəti dəyişdirmək gücündədir. Bu, Kənanın özündən çıxmasına səbəb olur. Bu sürpriz hadisənin arxasında isə gözlənilməz bir nəfər var.

Mete gizlənməyi özünə sığışdırmır və işlədiyi kazinoya gedir. Lakin Nihalı axtaranlar da orada olur və qarışıqlıq yaranır.

Aylin və Soner çox xoşbəxtdirlər. Onlar nikah üçün müraciət edirlər. Nikaha az qalmış Murada sürpriz zəng gəlir. O, qardaşı ilə görüşmək istədiyini bildirir. Soner isə onun xahişini yerə salmır. Qardaşların görüşündə Murat tapançadan atəş açır...

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.