"Yuventus"dan yeni rekord

27 İyul 2020 18:33

İtaliya A Seriyasının 36-cı turunda "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirən "Yuventus" yeni rekord müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu Avropanın "böyük beşlik" çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub.

"Qoca sinyora" bu mövsüm 8-ci çempionluğunu qazanan "Bavariya"nı bu göstəricidə geridə qoyub.

Qeyd edək ki, bu, "Yuventus"un tarixində 36-cı çempionluğu olub.

Milli.Az