Şəbnəm Tovuzlu dəbdəbəli villasını satır - FOTO

27 İyul 2020 17:27

Müğənni Şəbnəm Tovuzlunun Novxanıda yerləşən villasını 600 minə satdığı haqda xəbər yayılıb.

Milli.Az xəbər verir ki, xəbəri təsdiqləyən Şəbnəm Tovuzlu teleqraf.com-a açıqlamasında "Dəyişiklik istəyirəm və gələn yaya qədər yeni villa almağı fikirləşirik. Şükür Allaha hər hansı maddi problem yoxdur", - deyə qeyd edib.

Qeyd edək ki, bu haqda elan saytlarının birində məlumat verilib. Villa 365 kvadratmetr sahəyə malikdir və ikimərtəbəlidir.

Milli.Az