Könül Kərimova yeni villasının FOTOsunu paylaşdı

27 İyul 2020 16:19

Son günlər görünüşündəki dəyişikliklə müzakirələrə səbəb olan Əməkdar artist Könül Kərimova bu dəfə villası ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bir müddət əvvəl Novxanıda yeni ev aldığını bildirib. Şəhərdə olan villasını hələ satmayan Kərimova bağ evinin fotosunu sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.

Sənətçinin 1 milyonluq səhifəsində yayımladığı şəklinə 160-dan çox şərh gəlib.

Qeyd edək ki, K.Kərimova yeni evində oğlu Rəşadla birlikdə yaşayır.

Milli.Az