"Bayern Münhen"də ciddi itki

27 İyul 2020 15:18

"Bayern Münhen"in müdafiəçisi Benjamen Pavar zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Münhen təmsilçisinin məşqində topuğundan xəsarət alıb. Oyunçunun sıraya nə vaxt dönəcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Bayern avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxacaq. "Alyans Arena"da Chelsea-ni qəbul edəcək Almaniya təmsilçisi Londonda baş tutan ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Milli.Az