Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb

27 İyul 2020 11:22

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb. 

Milli.Az Trend-ə istinadən bildirir ki, verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə 6 439 nəfər karantində saxlanılır, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 922 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

Milli.Az