Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

26 İyul 2020 23:11

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 26-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 296 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 683 548 test aparılıb. Aktiv xəstə sayı 6 949 nəfərdir, onlardan 314 nəfər reanimasiyadadır, 70 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az