Səhvə yol vermiş namizədlərə elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq

26 İyul 2020 16:21

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.

Milli.Az