Türkiyə klubunda rəsmi ayrılıq

26 İyul 2020 12:42

Türkiyənin "Göztepe" klubu portuqaliyalı qapıçısı Beto ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bəyan edərək hər kəslə vidalaşıb. Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.

Portuqaliya yığmasının sabiq qapıçısı "Göztepe"yə "Sporting"dən gəlmişdi. O, karyerası ərzində "Sevilla", "Braga", "Porto", "CFR Cluj" kimi klubların da uğurları üçün çalışıb.

Milli.Az