"Qarabağ" Uroş Matiçi təqdim etdi

26 İyul 2020 12:29

"Qarabağ" daha bir transferini rəsmiləşdirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam klubu yarımmüdafiəçi Uroş Matiçi feysbuk səhifəsi vasitəsilə təqdim edib.

Artıq Bakıya gələn serbiyalı orta sahə oyunçusu klubun bazasında rəsmi sözləşməyə qol çəkib. "Kopenhagen"dən alınan Matiç 8 nömrəli formanı seçib. Bu formanı komandadan yenicə ayrılan Miçel uzun müddət daşıyıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində eyni zamanda Emil Balayev, Kevin Medina və Vild-Donald Geryeni tranfer edib.

Milli.Az