Gürcüstanda 14 nəfər koronavirusa yoluxdu

26 İyul 2020 11:05

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 14 yoluxma halı qeydə alınıb.  

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1131 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6183 nəfər karantində saxlanılır, 302 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 920 nəfərin sağaldığı, 16 nəfərin vəfat etdiyi bildirilir.

Milli.Az