Millimizin 20 yaşlı üzvü vəfat etdi

25 İyul 2020 15:26

Qadınlardan ibarət Azərbaycan futbol milli komandasının üzvü Nino Qurqenidze dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı Azərbaycan Futbol Federasiyası Assosiasiyası yayıb. Bildirilib ki, 20 yaşlı idmançı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, onun son komandası Kutaisinin "Martve" klubu olub.

Milli.Az