İtkin düşmüş olimpiya çempionunun meyiti tapıldı

25 İyul 2020 14:21

Dünən axşam Moskva vilayətində 1964-cü ilin Olimpiya Oyunlarında sərbəst güləş üzrə çempion adını qazanmış Aleksandr İvanitskinin itkin düşməsi haqqında məlumatlar yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, könüllülər bu gün səhər 83 yaşlı kişinin meyitini tapıblar.

Bildirilir ki, A.İvanitski iyulun 22-də meşəyə göbələk toplamağa gedib və geri qayıtmayıb.

Milli.Az