Pavel Paşayev zədəsini sağaldıb

25 İyul 2020 14:08

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Pavel Paşayev zədəsini sağaldıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki Ukraynanın "Aleksandriya" klubunda çıxış edən və son görüşlərdə iştirak etməyən müdafiəçi sıralara qayıdıb.

Qeyd edək ki, "Aleksandriya" UEFA Avropa Liqasına vəsiqə uğrunda pley-off mərhələsində "Mariupol"la qarşılaşacaq.

Milli.Az