"Ən xoşbəxt günləri birgə yaşayacağıq"

25 İyul 2020 13:22

Hər şey mütləq yaxşı olacaq. Buna qəlbən inanıb, açılan hər sabahımıza ümidlə oyansaq, bu mütləq reallaşacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. İfaçı izləyicilərini pozitiv olmağa çağırıb.

Sənətçi yeni fotosunu izləyiciləri ilə bölüşərək sözlərini belə davam edib:

"Ən səmimi hisslərimizlə ürəkdən arzuladıqlarımız inanın ki, həyata keçəcək. Biz ən xoşbəxt günləri birgə yaşayacağıq. Yetər ki, səbr edək".

Milli.Az