Beynin funksiyalarını sağlamlaşdıran, damar tıxanıqlığını məhv edən ƏN FAYDALI QİDALAR

26 Oktyabr 2020 23:20

Yediyimiz qidalar sadəcə toxluq hissi təmin etməklə kifayətlənməyib, həm də orqanizmimizin ehtiyaclarını qarşılayır. Eyni zamanda, qidalardan bəziləri spesifik vəzifələri də öz üzərinə götürür. Bunlardan biri isə beynin daha faydalı işləməsidir.

Milli.Az beynin sağlamlığını qoruyan və ona dəstək olan qidaların siyahısını təqdim edir.

Balıq

Skumbriya, sardinya, qızıl balıq kimi yağlı balıq növləri beynin inkişafını təmin edən Omeqa3 yağ turşu birləşmələri ilə zəngindir. Sinir əlaqələrin düzgün qurulması və beyində iltihablarnma riskinin aşağı salınmasına yardmçı olurlar.

Qoz

Beynin sağlamlığı üçün tərkibində antioksidantlar, E vitamini, fol turşusu, Omeqa3 var. "British Journal of Nutrition"da yayımlanan bir araşdırmada qoz tərkibli pəhriz menyusunun gənclərin məntiq testlərində uğurlu olmasını ortaya qoyub.

Yumurta

Beynin ötürmə xidməti olan nevrotransmitterləri dəstəkləyən B qrupu vitaminlərinə yağ birləşmələri ilə zəngindir. Bu, beynin hüceyrə istehsalına fayda verir. Yumurtadakı amin turşuları zehni və nevroloji problemlərin qarşısını almaqda əhəmiyyətlidir.

Kakao

Tərkibindəki flavanollar hafizəni dəstəkləyir. Bu flavanollar dammar tıxanıqlığını da azaltmağa yardımçı olur. Xam kakaonu südə əlavə edib meyvə quruları ilə birlikdə qəbul edə bilərsiniz. 70% kakaolu şokoladlar da beyinə fayda verir.

Badam

E vitamini ilə zəngindir. E vitamininin beyində qocalma ilə birlikdə yarana biləcək gərginliyi azaltdığı məlumdur. (publika.az)

Milli.Az