Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb

25 İyul 2020 11:57

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 13 yoluxma halı qeydə alınıb. 

Milli.Az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 917 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

Milli.Az