Xızı rayonunun dağlıq ərazisində yanğın olub

25 İyul 2020 07:31

Xızı rayonunun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, digər ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az