Yeni mövsümün başlama tarixi açıqlandı - Premyer Liqada

25 İyul 2020 08:21

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə yarışın rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilir ki, növbəti mövsüm sentyabrın 12-də start götürəcək. Çempionat gələn ili mayın 23-də başa çatacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2019/20 mövsümdə sona 1 tur qalıb.

Milli.Az