"Mançester Yunayted" "Bavariya"nın futbolçusu Kinqsli Komanı heyətinə qatmaq istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə klubu bu transfer üçün danışıqlara başlayıb. "Qırmızı şeytanlar"in transferdə əsas hədəfləri arasında 24 yaşlı yarımmüdafiəçinin də olduğu vurğulanıb. Komanın özünün də "MY"da oynamağa müsbət baxdığı bildirilib.
Qeyd edək ki, fransalı futbolçu 2019/2020 mövsümündə "Bavariya"da 35 oyunda 7 qol vurub, eyni sayda qolun ötürməsini verib.
Milli.Az