Frank de Bur klubsuz qaldı

25 İyul 2020 08:18

Frank de Bur "Atlanta"nın baş məşqçisi vəzifəsindən ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. De Burun köməkçilərin ikisi də klubu tərk edib.

Qeyd edək ki, "Atlanta" MLS-də bu mövsüm titul qazanmaq şanslarını itirmişdi.

Xatırladaq ki, De Bur 2018-ci ilin dekabrından ABŞ təmsilçisini çalışdırırdı.

Milli.Az