AZAL-ın reysi ilə 117 azərbaycanlı Almatadan Bakıya gətirilib - FOTO

24 İyul 2020 22:44

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. Belə ki, iyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.

Milli.Az