Bakı sakinindən tapança və patronları götürülüb

24 İyul 2020 21:00

Bakı şəhər sakini E.Əliyevdən "Naqan" tipli tapança və 7 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən "Naqan" tipli tapança və 7 ədəd patron götürülüb.

Milli.Az