Məşhur canlı yayım platforması bağlandı

26 İyul 2020 23:05

Microsoft-un Twitch-ə rəqib kimi yaratdığı canlı yayım platforması Mixer rəsmi olaraq bağlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb şirkətin platformanın məşhurluğunu artıra bilməməsi olub.

Xatırladaq ki, bir müddət öncə də Microsoft rəsmiləri Mixer-ə iyul ayında son verəcəklərini bildirmişdilər. Artıq rəsmi olaraq platformanın fəaliyyətini dayandırdığı bildirilib.

Mixer-in rəsmi veb-saytına daxil olanlar isə Facebook Gaming-ə yönləndiriliblər.

Xatırladaq ki, Microsoft Mixer-i məşhurlaşdırmaq üçün vaxtilə milyon dollarlarla pul ödəmək məcburiyyətində qalıb.

Milli.Az