"Yuventus"dan Merih üçün rədd cavabı

24 İyul 2020 17:52

"Yuventus"un müdafiəçisi Merih Dəmiral İngiltərədən təklif alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Lester" Türkiyə millisinin üzvünü transfer etmək niyyətindədir.

Premyer Liqa təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro təklif edib. Lakin Turin klubu bunu düşünmədən rədd edib. Buna baxmayaraq, ingilislər daha bir təkliflə "qoca sinyora"nın qapısını döyməyə hazırlaşır.

Qeyd edək ki, Merih Dəmiral "Yuventus"a ötən il "Sassuolo"dan keçib.

Milli.Az