İnstagram hekayələri üçün mühüm yenilik gəlir

28 İyul 2020 23:10

İnstagram hekayələrinə animasiyalı mətn artırılması üzərində işlər gedir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmiləri bildiriblər. Qeyd olunub ki, insanlar Instagram-ı əsasən hekayələr bölümündəki rəngarəngliyə görə seçirlər. Hekayələrin belə çox istifadə edilməsinin səbəbi isə reklam üçün əlverişli şərait yaradılmasıdır. Elə yeniliyin əsas məqsədinin də istifadəçi sayını artırmaq olduğu bildirilib.

Yeniliyə görə, hekayə mətnlərini fərqli və animasiyalı şriftlərlə yazmaq mümkün olacaq.

Hazırda test mərhələsində olan yeni funksiyanın yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.

Milli.Az