iOS 14 Beta 3 yenilənməsi istifadəyə verildi

28 İyul 2020 22:20

iPhone 12 seriyası tamamlandıqdan sonra istifadəyə verilməsi planlaşdırılan iOS 14-ün yeni Beta 3 versiyası təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, təxmini Beta 3 700Mb tutuma malikdir. Yeniləmə vasitəsilə telefondakı bütün musiqiləri Snapchat-da paylaşmaq mümkün olacaq. Beta 3-ün tətbiqi ilə keçmiş versiyalardakı bir sıra problemlər də aradan qaldırılıb.

Yeni versiyadakı CarKey xüsusiyyətilə isə iPhone və Apple Watch-ları avtomobil açarı kimi istifadə etmək mümkündür. Bununla yanaşı, Siri-nin səsində də dəyişiklik edilib.

Milli.Az