6G-nin tətbiqi ilə bağlı işlərə başlanır

28 İyul 2020 19:40

MediaTek Finlandiyadakı Ar-Ge mərkəzində 6 G texnologiyasının tətbiqi ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, texnologiyanın araşdırılması üçün ayrıca komanda yaradıb.

Məlumata görə, texnologiyanın 2028-ci ilə qədər hazır edilməsi planlaşdırılır. 2030-cu ildə isə 6G-nin kütləvi tətbiqinə başlanacaq.

Qeyd edək ki, bütün bunlarla yanaşı, Huawei, Samsung, Qualcomm və digər ağıllı telefon istehsalçılarının 6G üzərində işlərə başladıqları bildirilir.

Milli.Az