Maraqla gözlənilən Redmi Note 10 hansı keyfiyyətlərə malik olacaq?

28 İyul 2020 22:40

Xiaomi şirkətinin Redmi Note 10 üzərində son hazırlıq işlərini gördüyü məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Çinin məşhur sosial şəbəkə platforması olan Weibo-da paylaşım edilib.

Platformadakı məlumatlara əsasən, Redmi Note 10 MediaTek Dimensity 820 prosessorundan güc alır. 8 GB operativ yaddaşa sahib yeni model Android 10 əməliyyat sistemini dəstəkləyir.

Qaranlıq qalan məqam isə Redmi Note 9 Pro-nun təqdimatından cəmi 3 ay keçməsidir. Belə az vaxtda yeni modelin istehsal edilməsi təəccüb doğurur.

Milli.Az