Koronavirusa qarşı anticisimlərdən ibarət effektiv qarışım

28 İyul 2020 20:55

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri koronavirusa qarşı anticisimlərdən ibarət effektiv qarışım hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki,  tədqiqatçılar anticisimlərin nümunələrini COVID-19-u çox ağır keçirmiş pasiyentlərdən, həmçinin infeksiyaya qarşı immunitet əmələ gəlmiş insanlardan alıblar.

Nəticədə onlar koronaviruslu pasiyentlərin müalicəsində erkən mərhələdə effektiv olan, hətta xəstəliyin qarşısını ala bilən "kokteyl" hazırlamağa müvəffəq olublar.

Aşkar edilmiş anticisimlər artıq heyvanlar üzərində sınaqlar zamanı öz effektivliyini sübut edib.

Yaxın vaxtlarda kliniki sınaqlara başlanılması nəzərdə tutulur.

Milli.Az