Su-35 qırıcılarının ilk uçuşu reallaşıb

28 İyul 2020 21:55

Misir Hərbi Hava Qüvvələrinin Su-35 adlı qırıcı təyyarələri ilk uçuşunu həyata keçirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, Sukhoi şirkəti bu günə qədər Misir Hərbi Hava Qüvvələri üçün 5 ədəd belə qırıcı istehsal edib.

Misir isə sözügedən qırıcı təyyarədən 24 ədəd sifariş verib. Sifarişin ümumi dəyərinin 2 milyard dollardan çox olduğu bildirilir.

Milli.Az