Nüsrət Kəsəmənlinin nəvəsi əsgər gedir - FOTO

24 İyul 2020 15:29

Mərhum Azərbaycan şairi Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli əsgər gedir.

Milli.Az xəbər verir ki, bu barədə o, özü "Facebook" səhifəsində məlumat verib.

"Zaman gəldi çatdı. Hərbi xidmətə yollanıram. Məktəb, bakalavr, magistr diplomları aldım. Növbə Vətən diplomundadır. Əksər yaxınlarım gedəcəyimi bilirdi, xoş diləklərini dualarını aldım. Siz də duaçı olun. Görüşəcəyik", - o, paylaşımını şərh edib.

Qeyd edək ki, Cavidan Araz Kəsəmənlinin oğludur. (ölkə.az)

Milli.Az